Windows XP istifadəçiləri üçün

5 Mart 2014 20:38

Microsoft korporasiyası Windows XP quraşdırılmış kompüterlərə üzə çıxan mesaj göndərəcək. İstifadəçilərə əməliyyat sisteminin dəstəklənmə müddətinin 8 aprel 2014-cü il tarixində bitəcəyi barədə xəbərdarlıq ediləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, istifadəçilər mesajdakı hipermətnə keçid edərək xüsusi sayta daxil olacaqlar. Saytda Windows XP əməliyyat sisteminin köhnəlməsi barədə məlumat yer alacaq və yeni əməliyyat sisteminə keçmək təklif ediləcək.

Mesaj ilk dəfə 8 martda göndəriləcək və gələcəkdə hər ayın 8-də bu hal təkrarlanacaq. Bununla belə, mesajın görsənməsini bloklamaq olar.

25 oktyabr 2001-ci ildə çıxarılmış Windows XP populyarlığına görə hazırda ikinci əməliyyat sistemidir və NetMarketSharein məlumatına görə, onun bazar payı 29,5 faizdir.

Milli.Az