Milli.Az 4charx.com-a istinadən bildirir ki, ingilis dilindən tərcüməsi yalnız "xain" kimi deyil, həm də "qiyamçı" kimi tərcümə edilən yeni model Renegade adını 2008-ci ilin eyni adlı konseptindən alıb; bundan başqa 1990-cı illərin əvvəllərində Wrangler komplektasiyalarından biri belə adlanırdı. Kiçik yolsuzluq avtomobilinin xarici görünüşü onun birmənalı Jeep ailəsinə aid olduğunu göstərir: kuzov rəngində yeddi ədəd şaquli barmaqlıq, dairəvi faralar, bucaqlı formalar - bütün bunlar bir az köhnə dəb kimi görünür və təvazökar, amma dözümlü "işçi at" obrazını yaradır.
Amma Renegade salonunda italyan dizaynerlərinin təsiri aydın hiss olunur: avtomobil içəridən daha çox Fiat -dır, nəinki Jeep. Hamar xətlər, "koppuş" sükan, kontrast qara-qırmızı rəng sxemi və topoqrafiya xəritəsinin relyefi kimi maraqlı detallar göstərir ki, interyer üzərində təxəyyüllü geniş insanlar işləyiblər.
Bazarından asılı olaraq Jeep Renegade altı mühərriklə təchiz olunacaq: dörd benzin MultiAir və Tigershark, həmçinin ikinci nəsil iki dizel MultiJet. 6-pilləli mexanikaya əlavə olaraq yeni 9-pilləli avtomat ötürücü qutu da əlçatan olacaq; tam ötürücü opsional olacaq. Sport, Latitude və Limited komplektasiya səviyyələrinə əlavə olaraq artırılmış klirenslə tam yolsuzluq Trailhawk komplektasiyası da təklif ediləcək.
Qiymətlər və ölkələr üzrə satışların başlanğıc tarixləri çox tezliklə məlum olacaq.
Milli.Az