Yollarda şütüyəcək yeni ruh - FOTO

5 Mart 2014 20:26
Rəsmiyyətpərəst ingilislər Ghost -un əsasında 7-ci seriya BMW platforması durduğundan danışmağı sevmirlər. Biz də həmçinin bunu çox vurğulamayacağıq. Amma fakt faktlığında qalır - bir də baxırsan ki, Bavariya modeli yenicə müasirləşməyə məruz qalır ki, Rolls-Royce da özünün populyar modelini yeniləmək haqqında fikirləşir. Və budur, görək bundan nə alınıb...

Milli.Az 4charx.com-a istinadən bildirir ki, alınan isə, düzünü deyəcəyik, elə bir yenilik ilə gözə çarpmır. "İkinci seriya" Ghost modeli Rolls-Royce-un ən yaxşı ənənələrinə sadiq qalaraq xırda detallar üzrə yenilənib. Birincisi, artıq sübut edilmişdir - sanballı alıcıları yeniliklərlə şoka salmamaq daha yaxşıdır, və ikincisi, satışlar üzrə personal menecer məhz eksklüziv detalların üzərində dura biləcək. Məsələn belə: Budur, baxın, görün burda necə gözəl işıq diod faraları var... Avtomatik uzaq işıqla, yeri gəlmişkən! Bəs salonun yeni tərtibatını necə, siz qiymətləndirməyə vaxt tapdınızmı? Bu rənglər necə də bir-birinə uyğun gəlirlər, elə deyilmi... Əyləşin, baxın - burada kürsülər də həmçinin yeni formadadır. Məsələn, arxada VIP-sərnişinlər bir qədər bir-birinə tərəf dönə bilərlər, danışıqlar üçün daha intim vəziyyət alınır. Vəssalam - alıcı artıq təmtəraqlı sedanın aristokratik cazibəsinin əsarətindədir.

Yox əgər obyektiv mühakimə etsək Ghost Series II kifayət qədər əhəmiyyətli şeylərdə irəli addımlayıb. Məsələn, dəyişdirilmiş qabaq bamper əyləc mexanizmlərinin daha yaxşı soyumasını təmin edir. Təkmilləşdirmə mühərrik-ötürücü qutu birləşməsinə də toxunub. Bəli-bəli, biz xatırlayırıq ki, Rolls-Royce həmişə "kifayət qədər" güclü olub. Amma vaxt ötdükcə tamaşaçının ehtiyacları və qiymətləndirmə meyarları da həmçinin müvafiq olaraq dəyişir. Buna görə "Kabus" üçün qurmalar və kökləmələr üçün optimallaşdırılmış 6,6-litrlik V12 biturbo təklif edilir. Düzdür, onun hasilatı əvvəlki kimi qalıb - 570 a.g., hərçənd bu yaxınlarda məhdudlaşdırılmış V-Specification (maşının restaylinqdən əvvəlki versiyası) seriyasında bu mühərrikin gücü 600 at gücünədək artırılmışdı.

Səkkiz pilləli ZF avtomat ötürücü qutu da bütovlükdə əvvəlki parametrlərini saxlayıb, amma onun yeni funksiyası peyda olub - naviqasiya siqnallarına görə pillələrin dəyişməsinin alqoritminə nəzarət. Başqa sözlə, əgər peyklər elektron qurğuya gizlicə, məsələn, döngəyə maşının yaxınlaşması haqqında xəbər verəcəklərsə, qutu təkərlərdə dartını saxlamaq üçün yuxarı ötürməyə keçməyə başlamayacaq.

Bu fişka ilk dəfə Wraith kupesində meydana çıxmış və BMW-nın bəzi müasir modellərində artıq rast gəlinir. Yeri gəlmişkən, Ghost Series II multimedia içini onlardan götürüb və monitorun ölçüsündən prosessora və sərt diskə qədər hər şeyi dəyişib. Nəticədə avtomobil daha rəngarəng, daha rahat və daha sürətli olub. Məsələn, "Kabus" indi Wi-Fi paylaya və mürəkkəb səs müraciətlərini anlaya bilir. Bir çox komandaları isə idarə etmə coystikində sensor panelin köməyi ilə jestlərlə vermək olar.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.