Skype-ın çoxdan gözlənilən funksiyası işə düşdü

5 Mart 2014 10:58
Microsoft istifadəçiləri Outlook.com elektron poçtu vasitəsilə Skype-ın imkanlarından faydalana bilərlər. Milli.Az Day.Az saytına istinadən bildirir ki, Outlook.com elektron poçtundan Skype test rejimində ABŞ, Almaniya, Fransa, Braziliya, Kanada və Böyük Britaniyada test rejimində işləyirdi.

İndi istifadəçilər poçtu tərk etmədən Skype kontaktlarına zəng edə və mesajlar göndərə bilərlər. Bir kliklə məktubdan zəngə keçə bilərlər.

Funksiyadan istifadə etmək üçün sadəcə pulsuz plagin yükləmək lazımdır.

Plaginin sonuncu versiyası Safari brauzeri üçün də uyğunlaşdırılıb.

Milli.Az