Mətbəx sirləri: Qəndi külçə

7 Mart 2014 07:00
Milli.Az Lənkəran mətbəxindən qəndi külçənin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

xəmir:

400 q un
250 q kərə yağı
250 q şəkər tozu
2 yumurta
200 q xama
vanil
10 q maya və ya 1 paket qabartma tozu

iç: 

250 q qənd tozu (şəkər pudrası)
250 q ərinmiş yağ
350-400 q un
10 q maya

Əvvəlcə iç hazırlayın: əridilmiş yağın üzərinə qənd tozu töküb qarışdırın. Biq qədər maya və unu əlavə edib qarışdırın.

Xəmir üçün göstərilən ərzaqları qarışdırıb yoğurun. Maya istifadə etmisinizsə, isti yerə qoyub gəlməsini gözləyin. Qabartma tozundan istifadə etmisinizsə, 5-10 dəqiqə xəmiri dinləndirib 70 q-lıq kündələr tutun. Kündələrin içinə iç qoyub bitişdirin, əlinizlə yuvarlaq, azca yastı forma verin. Kündələrin üzərini bıçaqla xaçvari çərtin, yumurta sarısı çəkib 170-180 dərəcə qızdırılmış sobada üstü qızarınca, təxminən 25-30 dəqiqə bişirin.

Nuş olsun!

Milli.Az