Şiə məzhəbində uzun müddət hakim olmuş hökmə görə, əhli-kitabın nəm halda əli dəyən hər bir yemək murdar sayılırdı. Lakin son zamanın müctəhidlərinin əksəriyyəti əhli-kitabı pak sayaraq, onun toxunduğu şeyləri də pak bilirlər. Bununla belə, bu şərt əhli-kitabın kəsdiyi heyvanlara şamil deyil. Yəni əhli-kitabın kəsdiyi heyvan şiə alimlərinin əksəriyyətinin fikrincə yeyilə bilməz (bəzi müctəhidlər bu barədə qəti fətva verməmiş və hətta əhli-kitab heyvan kəsərkən "bismillah" desə belə, yenə ehtiyata əməl etməyi və o əti yeməməyi buyurmuşlar).
Milli.Az