Planşet satışlarını artırır?

4 Mart 2014 20:15
Gartner analitik şirkətinin məlumatlarına əsasən, 2013-cü ildə dünyada ümumilikdə 195,4 milyon planşet satılıb ki, bu da 2012-ci illə müqayisədə 68% çoxdur.

Ötən ilin dördüncü rübündə iOS platforması ilə işləyən qurğuların satış həcminin artmasına baxmayaraq, ötən ilin nəticəsinə görə bazarda onların payı 16.8% azalıb.

Həmçinin mütəxəssislər Android platformasının mövqeyinin möhkəmlənməsinə diqqət yetirirlər: 2013-cü ildə satılmış 120 milyondan çox planşet bu əməliyyat sistemi ilə işləyir və sözügedən mobil platformanın payı 62% (+16%) olub. Ucuz yığcam modellərin populyarlığının artması irəliləyişə səbəb olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Microsoft, həmçinin planşet bazarında öz vəziyyətini yaxşılaşdırıb, lakin şirkətə məxsus ƏS-nin payı əvvəlki kimi azdır (2,1%). Ekspertlərin qiymətləndirməsinə görə, dünyada son ildə 4 milyondan çox Windows-planşet satılıb. Qeyd edək ki, 2012-ci ildə bu göstərici 1 milyondan bir qədər çox olub.

Mütəxəssislər deyiblər ki, şirkətlər arasında qüvvələr nisbətinə gəldikdə isə Apple öz liderliyini qoruyub saxlayıb: ötən il şirkət təxminən 70,4 milyon qurğu satıb və iPad planşetinin bazar payı 36% olub.

Milli.Az