Yerə asteroid yaxınlaşır

4 Mart 2014 14:47
30 metrlik 2014 DX110 asteroidi bu gecə Yerdən 350 min kilometr aralıdan keçəcək.

Bu isə Ayın orbitinin radiusundan 30 min kilometr azdır.


Milli.Az Space-ə istinadən bildirir ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimlərinin hesablamalarına görə, asteroidin keçidi planetdə fəsadlar yaratmayacaq.


Beynəlxalq Astronomiya İttifaqı nəzdindəki Kiçik Planetlər Mərkəzindən verilən məlumatda bildirilir ki, 2014 DX110 asteroidi fevralın 28-də Havay adalarındakı 1,8 metrlik teleskopla aşkarlanıb. Tədqiqat işləri benəlxalq Pan-STARRS1 proqramı çərçivəsində aparılır.


2014 DX110 asteroidi Yerə çox yaxınlaşan səma cisimləri qrupuna aiddir.

Milli.Az