Hansı brauzer daha populyardır?

3 Mart 2014 22:54
Cari ilin fevral ayına olan məlumata görə, Chrome və Firefox brauzerlərinin bazar payı, demək olar ki, bərabərdir: Google-un brauzerinin payı 16.8%, Firefox-da isə 17,6%-dir. Net Applications tədqiqat şirkətinin məlumatına görə, Microsoft-un Internet Explorer brauzeri liderdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, onun göstəricisi sabitdir: fevral ayında 58,19% təşkil edib.

Norveçin Opera brauzeri, demək olar ki, yeni istifadəçi cəlb etmir, köhnə istifadəçilər isə tədricən proqramdan imtina ediblər. Əgər bu tendensiya saxlanılsa, 2014-cü ilin sonunadək onun bazar payı 1%-dən aşağı düşə bilər.

Milli.Az