Xumar Qədimova: "Mənim heç kimi cəzalandırmaq fikrim yoxdu"
1 Mart 2014 12:15
Son günlər Xumar Qədimovanın İnstagram sosial şəbəkəsinə gəlişi və orada tanınmışların şəkillərinin altında rəy yazmağı bəzi sualar yaradıb. Milli.Az xəbər verir ki, nəhayət, iki həftəlik sükutdan sonra müğənni özü bu sükutu pozdu.
"Bir çoxları mənə və bacıma zəng edib İnstagram-da sən özünsənmi sualını verirdi. Son günlər isə bu suallar durmadan artır. Nəhayət, qərara gəldim mətbuata açıqlama verim. Mən heç bir sosial şəbəkənin istifadəçisi deyiləm.
Bir neçə il əvvəl eyni problemlə Facebook-da rastlaşmışdım. Bir daha deyirəm, mən nə Facebook-da, nə İnstagram-da, nə də heç bir sosial şəbəkdə yoxam. O kimdirsə mənim adımdan istifadə edir. O zaman Facebook-da mənim adımdan istifadə edən şəxsi nə cür cəzalandıracağım sualnı mənə verirdilər, indi də eyni sual yaransa, berlə deyərəm. Mənim heç kimi cəzalandırmaq fikrim yoxdu və əksinə bu cür hallara kənardan baxıb gülürəm. Bir sözlə qaşınmağım tutur (gülür)".
Milli.Az