Dünya bestselleri Azərbaycan dilində

2 Noyabr 2010 12:53
Bu layihə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə "Əli və Nino" Nəşriyyat Evi tərəfindən həyata keçirilir. Xaled Höseynin 2003-cü ildə nəşr olunan "The Kite Runner" adlı əsəri dünyada 12 milyondan çox satılıb.
Milli.Az xəbər portalı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən bildirir ki, "The Kite Runner" uşaq vaxtı başına gələn dəhşətli hadisəni unutmağa və atası ilə dil tapmağa çalışan gənc oğlan Əmirin tarixçəsidir. Romandakı hadisələr monarxiyanın çökməsindən bəhs edir və Taliban hərəkatının dağılmasına qədər Əfqanıstanda, sonra isə Kaliforniyada baş verir. Kitabın başqa bir mövzusu Əfqanıstanda olan etnik qruplar - xəzərlər və puştunlar arasındakı fikir ayrılıqları, eləcə də Əmirin və onun atasının emiqrant həyatından bəhs edir.
2005-ci ildə roman ABŞ-da bestsellerlər arasında 3-cü yeri tutub. 2007-ci ildə kitab əsasında eyniadlı film çəkilib. Kitab 2011-ci ilin aprel ayında nəşr ediləcək.

Milli.Az