İran, İraq və Qətər Suriyanı müzakirə etdi

28 Fevral 2014 22:54
Ötən gün axşam saatlarında Tehranda İran, İraq və Qətər xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, görüşdə Suriya böhranı əsas müzakirə mövzusu olub.

Məhəmməd Cavad Zərif, Huşyar ZibariXalid Məhəmməd bin əl-Ətiyyə Suriya böhranının diplomatik yolla həlli üçün regional səylərin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Milli.Az