Əməkdar artist qızının toyunun vaxtını açıqladı - FOTO

28 Fevral 2014 16:32

 Əməkdar artist Mətanət İsgəndərli qızının toyunun vaxtını açıqlayıb

Ötən il paytaxt məkanlarının birində qızına təmtəraqlı nişan mərasimi keçirən müğənni lent.az-a bildirib ki, toy sentyabrda olacaq: "Heç bir zaman şəxsi həyatımla gündəmə gəlməmişəm. Elə qızım da şəxsi həyatının mediada müzakirə olunmasına qarşı çıxır. Bildiyiniz kimi bir müddət öncə qızımın nişan mərasimi oldu. Bu nişan mediaya qapalı keçirildi.


Bəzi jurnalistlər söylədilər ki, Mətanət xanım bizi həmin mərasimə qoymadı. Amma bu, mənim istəyim deyildi. Məndən olsa, deyərdim ki, gəlin, yeyin, için, gedin. Misalçün, evimə gəlmək istəyən adama necə deyim ki, gəlmə? Jurnalistlərin hər birinə hörmətim var. Amma qızım və onunla ailə quran oğlan şəxsi həyatlarından danışılmasını istəmir. Bu onların şəxsi həyatıdır, qarışa bilmərəm. Allah hər kəsin balasını xoşbəxt etsin, inşallah toy sentyabrda olacaq. Artıq hazırlıqlar gedir".

Xatırladaq ki, müğənninin qızının nişanı 2013-ci ilin oktyabrın 30-da olub.

Qeyd edək ki, M.İsgəndərlinin qızından əlavə Kərim adında bir oğlu var. Oğlu isə evlidir, 2 uşaq atasıdır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.