Yahoo!-nun videoçatı izlənilirmiş

1 Mart 2014 22:54
The Guardian qəzeti yazır ki, Britaniyanın Hökumət Rabitəsi Mərkəzi (GCHQ) Yahoo!-nun saytında videoəlaqə xidmətinin istifadəçilərini izləməkdə ittiham olunur. İstifadəçilərin izlənməsi ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, The Guardian tərəfindən ələ keçirilmiş məlumatlara əsasən, videoəlaqə xidmətini izləmə proqramı ən azı 2008-2012-ci illərdə aktiv tətbiq olunub.

2008-ci ilin birinci yarısında GCHQ əməkdaşları 1,8 milyondan çox məxfi fotoşəklə baxıblar və onların bir çoxu intim xarakterli olub. Daha sonra bu şəkilləri əvvəllər mühakimə edilmiş və terrorizm törətməkdə şübhəli bilinən şəxslərin identifikasiyasında istifadə etmək nəzərdə tutulub.

Yahoo! nümayəndələri dərc edilmiş məlumatlara münasibət bildirərək bu barədə xəbərsiz olduqlarını deyiblər. İnternet şirkəti GCHQ qurumunun fəaliyyətini pisləyib.

İzləmə haqqında The Guardian nəşrinə MTA-nın əməkdaşı Edvard Snouden məlumat verib.

Milli.Az