WhatsApp-ın yeni rəqibindən xəbər var

28 Fevral 2014 10:38

Skype-da çoxdan gözlənilən yenilik

Skype-ı bundan sonra Microsoft profili ilə də istifadə etmək mümkün olacaq. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, Skype Microsoft ilə avtorizasiya prosesini tətbiq edib.

Servisin nümayəndələri hesab edirlər ki, belə qərarı çoxlu sayda akkaunt yaratmağı sevməyən istifadəçilər bəyənəcəklər.

Bundan başqa, Skype-ın Windows Phone əməliyyat sistemi üçün nəzərdə tutulan tətbiqetməsi də yenilənib. Bununda da, təhlükəsizlik tədbirləri daha da gücləndirilib.

Qeyd edək ki, WhatsApp İnternet telefoniya xidmətini tətbiq etməyi planlaşdırır. Bu sahədə yeganə inhisarçı olan Skype-a rəqib olur.

Milli.Az