Avtomobil kreditlərinin şərtləri sərtləşdirildikdən sonra avtomobil satışı ofisləri lizinqlə satışı genşləndirməyə başlayıblar. Müşahidələr göstərir ki, yeni kredit şərtlərinə nisbətən lizinqlə maşın almaq daha sərfəlidir. Çünki yeni kredit şərtləri kifayət qədər ağırdır. Belə ki, indi istehsal tarixindən satış tarixinədək 1 ildən çox vaxt keçmiş və köhnə hesab edilən avtomobili bankda kreditə salmaq üçün onun 80 faizi həcmində ilkin ödəniş edilməlidir. İstehsal tarixindən satış tarixinədək 1 ildən az vaxt keçən və təzə hesab olunan avtomobillər üçünsə bu məbləğ dəyərindən asılı olaraq 40-50 faiz təşkil edəcək.Avtomobillərin bu yolla satışı get-gedə populyarlaşır