Ən çox spam haradan göndərilir?

27 Fevral 2014 22:13
Symantec şirkətinin mütəxəssisləri cari ilin yanvar ayı üzrə spam mesajlarının intensivliyi haqqında hesabat dərc ediblər. Şirkətin mütəxəssislərinin versiyasına görə, Kanada ən çox spam mesajı göndərən ölkədir. Qlobal spam mesajlarının 7.4 faizi onun payına düşüb. İkinci yerdə İspaniya, üçüncüdə isə Rusiya qərarlaşıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu halda cari ilin birinci ayının nəticəsinə görə, poçt trafikində spamın ümumi payı 62,1 faiz təşkil edib ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 1,9% azdır.

Milli.Az