Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu modifikasiya yüngül lehimli yeni dizaynlı 18 düymlük alüminium disklər, biksenon qabaq faralar, işıq diodu dal fənərləri, alkantara çəkilmiş sükan çarxı, qəhvəyi dəri çəkilmiş kürsülər və Canton audiosistemi əldə edib. Bundan başqa avtomobili xüsusi dekorativ qoyulmaları ilə də fərqləndirmək mümkün olacaq.
Skoda Octavia Laurin & Klement 180 güclü 1.8 TSI benzin və 150 və ya 184 güclü 2.0 TDI dizel mühərrikiylə təchiz ediləcək.
Milli.Az