Konsept "Shooting Brake" tipli kuzovu olan üçqapılı avtomobildir. Prototipin xarici görünüşü "Volvo" şirkəti dizayn üzrə vitse-prezidenti Tomas İnqenlatın rəhbərliyi altında işlənib.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobil şirkətin əvvəlki prototiplərindən iri radiator barmaqlığı, yeni iri təkər diskləri, baş işığın işıq diodu fənərləri, həmçinin 1970-ci illərin Volvo 1800ES klassik modeli üslubunda yerinə yetirilmiş arxa qapısı ilə fərqlənir.
İnteryerin fərqləndirici xüsusiyyəti ötürücü qutu seıektorunun qısa dəstəyi və mərkəzi konsolda multimedia sisteminin iri sensor ekranıdır.
Volvo Concept Estate gələcək İsveç avtomobillərində tətbiq ediləcək yeni dizayn üslubunu əks etdirən sayca üçüncü konseptdir. Daha əvvəl İnqenlat Concept Coupe və XC Coupe prototiplərinə müəlliflik etmişdi.
Milli.Az