Beyons Şahnazla oxudu - FOTO

27 Fevral 2014 09:48
Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyons Nouls dünən Tumblr servisindəki bloqunda yeni fotolarını yerləşdirib.

Fotolarda Beyons çimərlik paltarındadır.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 32 yaşlı müğənni çimərlik paltarındakı fotolarının bir qədər əvvəl çəkildiyini yazıb.
 

"Düşünürəm ki, o qədər də kifir, eybəcər deyiləm. Ərim də sevdiyini söyləyir. Mənə baxın və ərimi anlayın", - Beyons zarafatla yazıb.


Beyonsun əri, tanınmış reper və prodüser Cey Zi fotoları şərh etməyib.

Beyons "Mrs Carter World Tour" turnesi çərçivəsində bazar ertəsi İngiltərənin Birmingem şəhərindəki "LG Arena"da konsert verib.


Səhnədə Beyons tamaşaçılardan birinin ad gününün olduğunu biləndə onu yanına çağırıb.

22 yaşlı Şahnaz Xanın ad gününü təbrik edəndən sonra Beyons onu qucaqlayaraq öpüb.


"Beyons məni yanına çağırdı, təbrik etdi, ad günümdə mənim üçün oxudu. Bəxtəvərəm", - Şahnaz Xan Twitter-də yazıb.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.