Aşıq Samirənin əri şübhəli status yazdı
26 Fevral 2014 19:42
Aşıq Samrənin həyat yoldaşı Rizvandan ayrıldığı deyilir. Space-in "Sou +" verilişində xanım sənətçi xəbəri nə təsdiqləyib, nə də təkzib edib. Amma Samirənin həyat yoldaşı İnstagram-da uşaqları ilə olan fotosunu yerləşdirib.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, xanım aşıq həmin fotonun altından bu sözləri yazıb: "Yenidən bir olmağınızı arzu edirəm".
Qeyd edək ki, prodüser kimi fəaliyyət göstərən Rizvan aşıq Samirənin ikinci həyat yoldaşıdır. Rizvanın birinci xanımından bir oğlu var. Samirənin isə ilk nikahından bir qızı və Rizvandan daha bir qızı var.
Milli.Az