Məşhur türk rəssam vəfat etdi

26 Fevral 2014 19:34

Ən məşhur türk rəssamlarından biri Mehmet Gün Berlində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.


Milli.Az AHT-yə istinadən bildirir ki, bunu rəssamın qalereyası "Galerie-Seitz"in nümayəndəsi Uli Seyz deyib: "Bu il böyük sərgi keçirməyi, Mehmet Günün son əsərlərindən ibarət kataloq hazırlamağı nəzərdə tutmuşduq. Onun sənətinə layiq sərgi alınacağını düşünürəm".


60 yaşlı Mehmet Gün Vyana İncəsənət Akademiyasını başa vurandan sonra çoxsaylı sərgilər təşkil etmişdi. Rəngkarlıqla yanaşı, fotoqrafiya ilə də məşğul olan türk rəssam Almaniyada "Denis Gün" kimi tanınırdı.


Milli.Az