Baş nazirlə görüşə gələn kürd müğənni həbs olundu
11 Fevral 2010 17:40
Milli.Az xəbər portalı "Doğan" agentliyinə istinadən xəbər verir ki, Rojda barəsində cinayət işi Diyarbəkir prokurorluğunda başlanıb. Müğənni Diyarbəkir bələdiyyəsi tərəfindən 2009-cu ildə təşkil olunmuş festivalda oxuduğu "Heval Kamuran" mahnısı ilə terrorçu təşkilatı təbliğ etməkdə ittiham olunur.
Rojdanın hazırda İstanbul məhkəməsində ifadə verdiyi bildirilir.
Milli.Az