Məşhur müğənni öz həyat yoldaşını öldürmək üçün killer tutub - ETİRAF

26 Fevral 2014 16:30
Amerikanın məşhur rok qrupu olan "As I Lay Dying"-in təsisçisi Tim Lambezis keçmiş həyat yoldaşının qətlini təşkil etdiyini etiraf edib.

Həyat yoldaşı boşandıqdan sonra yüksək məbləğdə aliment tələb edib. Bundan əlavə onun övladları ilə görüşünü də qadağan edib.

Bu həftə Kaliforniyada keçirilən məhkəmə iclasında metalist etiraf edib ki, arvadını öldürmək üçün killerlə razılıq əldə edib. İndi onu 9 il müddətinə həbs cəzası gözləyir.

Qeyd edək ki, Tim Lambezis ötən ilin may ayında saxlanılıb. O, killer qılığına girmiş polis işçisinə min dollar və həyat yoldaşının şəkili və domofon nömrəsini təqdim edərkən tutulub. Musiqiçinin şərtlərinə görə, killer qadını uşaqların gözü önündə öldürməli idi.

Milli.Az