Gün var, əsrə bərabər: Ötənləri yada salaq

26 Fevral 2014 10:21

1992-ci ildə ermənilər sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda soyqırımı törədiblər

Milli.Az anspress-ə istinadən fevralın 26-da tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 26 fevral 2014
Hicri: 26 rəbiul-axir 1435

İlin 57-ci günü
İlin sonuna 308 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 06.12
Günəş - 07.22
Zöhr - 12.57
Əsr - 16.24
Məğrib - 18.39
İşa - 19.56

1797 - İngiltərə Bankı ilk funt-sterlinqi tədavülə buraxıb.

1802 - Fransız yazıçı Viktor Hüqo anadan olub.

1815 - Napoleon Bonapart Elba adasından qaçıb.

1829 - "Mavi cins"in ixtiraçısı Oskar Levi Strauss anadan olub.

1870 - Nyu-York metrosu işə düşüb.

1905 - Qafqaz canişinliyi bərpa edilib.

1926 - Bakıda I Türkoloji qurultay işə başlayıb.

1936 - Hitler Volfsburqda "Volkswagen" zavodunu təntənəli surətdə açıb.

1952 - Baş nazir Uinston Çörçil Böyük Britaniyanın atom bombasını istehsal etdiyini və sınaqların Avstraliya səhrasında keçiriləcəyini elan edib.

1954 - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan anadan olub.

1959 - Bəstəkar jurnalist Rauf Məmmədov anadan olub.

1991 - Səddam Hüseyn Bağdad radiosu vasitəsilə İraq ordusunun Küveytdən çəkildiyini bildirib.

1992 - Ermənilər sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda soyqırımı törədib.

1992 - Azərbaycanın Milli Qəhrəmanı, Xocalı aeroportunun rəisi Əlif Hacıyev şəhid olub.

1992 - Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzov şəhid olub.

1992 - Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov şəhid olub.

1992 - Azərbaycanın Milli Qəhrəmanı Natiq Əhmədov şəhid olub.

1992 - Azərbaycan Respublikası Banqladeş ilə diplomatik əlaqələr qurmuşdur.

1993 - Nyu-Yorkda yerləşən "World Trade Center"in altındakı avtoparkda bir yük maşınında baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, mindən çox adam yaralanıb.

1998 - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Yaponiyanın "MİTSUİ" Neft Şirkəti arasında pay bölgüsü haqqında Saziş imzalanıb.

2001 - Taliblər Əfqanıstanın Bamyan kəndindəki Budda heykəllərini məhv edib. Bu hadisə böyük diplomatik böhran yaradıb.

2003 - Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında "Şəxslərin Beynəlxalq Cinayət Məhkəməsinə təsliminə dair Saziş" imzalanıb.

2004 - Boris Trajovski, Makedoniyanın prezidenti, Bosniya-Hersoqovinada təyyarə qəzası nəticəsində həlak olub.

2004 - ABŞ öz vətəndaşlarına 23 ildən bəri davam edən Liviyaya səyahət qadağasını ləğv edib.

Milli.Az