Camaatın itirmək istəmədiyi parkın görüntüləri - FOTO

26 Fevral 2014 01:30
Gəncəlilərin park problemini Milli.Az işıqlandırmış və mövcud vəziyyəti ictimailəşdirmişdi. Şəhərin Məmməd Burcəliyev küçəsinin sakinləri saytımıza ünvanladıqları şikayət məktubunda yaşadıqları ərazidə parkın məhv edilməsindən yazmışdı.

Məktubda deyilirdi ki, M.Burcəliyev kuçəsində, Gəncə çayının sahilində yerləşən park hissələrə bölünərək satılır. Parkın abadlaşdırılması adı ilə 700-800 metr uzunluğunda olan parkın 100-120 metr hissəsi, təxminən 2000 kvadratmetr ərazi 3 metr hündürlüyündə hasara alınıb. Hasara alınmış ərazidə 20-dən çox 40-50 illik ağaclar qalıb.

Məsələ ilə bağlı Gəncə şəhərinin baş memarı Əli Rüstəmli Milli.Az-a açıqlamasında camaatı dövlətin işinə qarışmaqda qınamışdı. Bildirmişdi ki, orada park da salınır, dövlət tədbiri keçirilir.

Milli.Az həmin parkın görüntülərini əldə edib. Fotolardan görünür ki, gəncəlilərin narahatlığına səbəb olan park, həqiqətən də, daş hasara alınıb, ərazidə tikinti işləri aparılır.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.