Milli.Az 4charx.com-a istinadən bildirir ki, Renault Clio RS Monaco GP White Frost Pearl kuzovu eksklüziv ağ rəng və təzad üçün - qara radiator barmaqlığı, arxa görünüş güzgülərinin korpusları, şüşələrin haşiyələməsi və 18 düymlük yüngül lehimli disklər əldə edib. Hələlik salonun şəkili yoxdur, amma bildirilir ki, o da yenidən işlənib.
Kapotun altında adi Clio RS-in 1,6-litrlik 200-güclü turbo dördlüyü saxlanılıb. Renault Clio RS Monaco GP məhdudlaşdırılmış seriyayla buraxılacaq və Cenevrədə sərgidən sonra dərhal satışa çıxarılacaq.
Milli.Az