Tahir və Cabir İmanovlar mərhum babalarının sözündən niyə çıxdılar?
25 Fevral 2014 09:30
Milli.Az show.az-a istinadən xəbər verir ki, aktyorlar Tahir və Cabir İmanovlar babaları Süleyman Ələsgərovun 90 illik yubileyini keçiriblər. Heydər Əliyev Sarayında baş tutan tədbirdə çıxış edən aktyorlar ilk dəfə babalarının sözündən çıxdıqlarını etiraf ediblər.
"Süleyman Ələsgərov gözəl baba, gözəl ata, həyat yoldaşı, ilk növbədə gözəl insan idi. Biz ilk dəfə onun sözündən çıxmışıq. O, sağlığında nə 70, nə də 75 illik yubileyini qeyd etmədi. O, həmişə deyirdi: "Şuşasız ad günü qeyd etməyəcəm".
Milli.Az