Azərbaycanlı müğənni dünyanın məşhur karnavalında - FOTO

24 Fevral 2014 17:40

Müğənni İlhamə Qasımova İtaliyada keçirilən "Viarecco" qış karnavalına qatılıb

Milli.Az axşam.az-a istinadən xəbər veri ki, sənətçi çəkdirdiyi fotoları İnstagram səhifəsində paylaşıb.

Qeyd edək ki, "Viarecco" karnavalı hər il İtaliyada baş tutur. 1873-cü ildən bu yana keçirilən şənlikdə cizgi filmi və kino qəhrəmanlarının cildinə girmiş insanlar olur. Bunların əksəriyyətini mənfi qəhrəmanlar təşkil edir.

Karnaval çərçivəsində partilər, yarmarkalar keçirilir. Hər il "Viarecco"ya dünyanın müxtəlif yerlərindən 1 milyona qədər turist qatılır. Fevralın 24-də başlanan karnaval martın 9-dək davam edəcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.