HP-dən ElitePad 1000

24 Fevral 2014 20:56
Mobile World Congress 2014 mobil sərgisinin ilk iş günü çərçivəsində Hewlett-Packard (HP) şirkəti Windows platforması ilə işləyən 64 bit ElitePad 1000 planşetini təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, HP nümayəndələri deyiblər ki, ElitePad 1000 planşeti ElitePadın tamamilə dəyişdirilmiş və yenilənmiş modelidir.

Qurğunun pərakəndə satış qiyməti 739 dollar təşkil edəcək. Aparat dördnüvəli Atom Bay Trail çipi, Qualcomm Gobi 4G LTE şəbəkə modulu, həmçinin 64 və ya 128 QB yaddaş və 1900x1200 piksel təsvir ölçülü 10,1 düymlük ekranla təchiz edilib.

HP-dən bildirilib ki, planşetin ən mühüm üstünlüklərindən biri 64 bit yaddaş ünvanlanmasıdır. Nəticədə sistemə quraşdırılmış proqramlar 4 QB-dan çox əməli yaddaşla işləyə bilirlər.

Milli.Az