Bill Qeyts Microsoft-un səhmlərini satır

24 Fevral 2014 21:55
Microsoftun həmtəsisçisi Bill Qeyts daha 20 milyon səhmini təxminən 752 milyon dollara satıb. Xatırladaq ki, Qeyts Microsoftda CEO postunu tərk etdikdə demişdi ki, planlı şəkildə şirkətin strukturunda öz payını müntəzəm azaldacaq və xeyriyyəçilik sahəsinə daha çox vəsait xərcləyəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda Bill Qeyts Microsoftun 338 milyonluq səhminə malikdir. Müqayisə üçün, şirkətin əvvəlki baş direktoru Stiv Balmer hazırda Microsoftun 332 milyonluq səhminə malikdir və Qeyts ilə Balmer arasında pay fərqi 4,7 milyon səhmə bərabərdir.

Son 10 ildə Bill Qeyts Microsoftun 80 milyon səhmini və ya rüblük 20 milyon səhmini satıb. Qeyts səhmləri bu templə satmağa davam etsə, o zaman cari maliyyə ilinin sonunadək artıq şirkətin ən böyük səhmdarı olmayacaq.

Milli.Az