Firefox ilə işləyən 3 smartfon - FOTO

24 Fevral 2014 19:57
Alcatel-Lucent şirkəti Mobile World Congress 2014 sərgisinin açılışı ərəfəsində Firefox OS açıq əməliyyat sistemi işləyən ucuz smartfonlar xəttini (Fire E, Fire C və Fire S) təqdim edib.

Firefox OS platforması ilə işləyən Fire E aparatı 4,5 düymlük ekran, həmçinin ikinüvəli prosessorla təchiz edilib. Avropada bu qurğu artıq cari ilin ikinci rübündə opratorla müqavilə bağlamadan təxminən 140 avro qiymətinə satılacaq. Şirkətdən bildirilib ki, smartfon LED işıqlandırıcıya malik 5 meqapiksel təsvir ölçülü kamera, HDR rejimdə çəkiliş imkanı, 4 dəfə arıtıla bilən rəqəmli zum, həmçinin üzün tanınması funksiyasına malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, aparat 512 MB əməli və 4 QB daxili yaddaşla təchiz edilib. Aydındır ki, sözügedən aparat içliyinə görə müvafiq Android-aparatlara uduzur, ancaq Alcatel-dən bildirilib ki, proqram təminatının keyfiyyətinə fikir vermək niyyətindədir.

Fire E aparatı ilk növbədə Asiya və Avropada satılmağa başlayacaq.

Alcatel OneTouch Fire S aparatının dizaynı Idol 2 Mini S ilə eynidir. Aparat Firefox OS sistemi ilə işləyir, 1.2 QHs takt tezlikli dördnüvəli çiplə təchiz edilib və LTE-qoşulma imkanı nəzərdə tutulub.

Başqa imkanlara simsiz ödəmə sistemləri ilə işləmək üçün NFC sistemini və 8 meqapiksellik kameranı qeyd etmək olar. Bu qurğunun pərakəndə satış qiyməti 169 avro olacaq, inkişaf etmiş və ödəmə qabiliyyəti olan bazarlar üçün nəzərdə tutulub. Fire S aparatının çıxarılması sentyabra plamlaşdırılıb.

Nəhayət, Fire C smartfonu şirkətin ən ucuz smartfonudur. Aparatın qiyməti 59 avrodur və Firefox OS ilə işləyir. Cihazın içliyi sadədir: 3.5 düymlük HVGA təsvir ölçülü ekran, 1,2 QHs takt tezlikli ikinüvəli prosessor, həmçinin fotoşəkil çəkən VGA-kamera var.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.