Azərbaycanlı idmançılar "Fujairah Open"i 14 medalla başa vurdular

22 Fevral 2014 15:46

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş "Fujairah Open"-dən uğurlu nəticə ilə dönür.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 20-22 fevral tarixlərində keçirilən turnirə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə qatılan millimiz yarışı14 medalla başa vurub.
 

Belə ki, gənclərdən ibarət milli komandanın baş məşqçisi, əməkdar məşqçi Mamed Abdullayevin yetirmələri 6 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında birinci yerə layiq görülüblər.

Xatırladaq ki, gənc millimiz öncə, fevralın 8-9-da İsveçdə baş tutan ənənəvi "Trelleborg Open"dən 3 qızıl, 1 gümüş və 2 bürünc medalı aktivinə yazmışdı.

"Fujairah Open"-də qalib gələn taekvondoçuların adlarını təqdim edirik:
 

Qızıl medal:

Anar Mehdiyev (45 kq)
Məhəmməd Məmmədov (59 kq)
Əliəsgər Əliyev (68 kq)
Said Quliyev (78 kq)
Gülsüm Gültəkin (55 kq)
Ceren Özbek (46 kq)
 

Gümüş medal:
Zəlimxan Rəşidov (63 kq)
Elnur Məhərrəmov (73 kq)
Rəsul Kanamatov (78+ kq)
Safiye Polat (49 kq)
 

Bürünc medal:
Fizam Mehdiyev (51kq)
Zeyvi Kərimova (59 kq)
Gülhanim Yeşildal (63 kq)
Rəvanə Dostəliyeva (55 kq)
 

Qeyd edək ki, taekvondoçularımız 23 fevralda vətənə dönəcəklər.

Milli.Az