Ürək parçalayan görüntülər: "Al, sən də dişlə..." - VİDEO

28 Fevral 2014 20:15

"Tələsmə! Hamınıza çatacaq. Al, sən də dişlə! Sən də... Sən də..."

Suriyanın Hələb şəhərinin Əl Mənsum məhəlləsindəki evlərdən birinin həyətindəki kiçik qız əlindəki bir tikə çörəyi uşaqlarla bölüşür.
 

Milli.Az Əl Muslimin-ə istinadən bildirir ki, atası bombardmanlarda həlak olmuş qız anasının ona verdiyi son çörək tikəsini tək yemir, həyətdə uşaqlarla paylaşır.
 

Şərikli çörəyin dadı çox şirinmiş - balacalar tək-tək qıza yaxınlaşır, onun çörəyindən dişləyirlər.
 

"Hə, hamıya çatdı. İndi də mən yeyim", - deyən qızcığaz son tikəni tələsmədən yeməyə başlayır.
 

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.