Afrikada daşqın 69 nəfərin həyatına son qoydu

22 Fevral 2014 11:51
Afrikadakı Burundi dövlətində baş verən daşqınlar 69 nəfərin həyatına son qoyub. Bundan əlavə, 180 nəfər xəsarət alıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bir neçə min nəfər evsiz qalıb.

Daşqınlara səbəb olan leysan yağışları hələ də dayanmır. Hökumət tam miqyaslı xilasetmə əməliyyatlarına başlayıb.

Qırmızı Xaç Cəmiyyəti də onlara yardım edir.

Milli.Az