Qoca milyarder boşandı, 57 milyonluq mənzil aldı - FOTO

22 Fevral 2014 11:42

"News Corporation" media korporasiyasının sahibi, mediamaqnat və multimilyarder Rupert Merdok boşanandan sonra özünə yeni mənzil alıb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Nyu-Yorkun Manhetten səmtindəki Flateyron küçəsində, "One Madison" göydələnində yerləşən, sahəsi 929 m2 olan mənzil üçün Rupert Merdok 57 milyon dollar ödəyib.


Dünyaca məşhur supermodel Jizel Bundhen və onun əri, "Nyu İnqlənd Petriots"un ulduzu, tanınmış futbolçu Tom Bredinin mənzili də bu binadadır.


"News Corporation"un 82 yaşlı sahibi R.Merdok xanımı Vendi Denqi boşayandan sonra ona təzminat qismində 5-ci Avenyudakı göydələndə yerləşən, dəyəri 44 milyon dollarlıq tripleks penthaus vermişdi.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.