AMEA-da yaradılan mərkəzə direktor təyin edildi

21 Fevral 2014 18:16

Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsinə təyinat aparılıb

Akademiyanın Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Rəyasət Heyətinin Mərkəzi Aparatının Hüquqi təminat şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov isə AMEA Elmi İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Bununla yanaşı, Zülfüqar Fərzəliyev "Elm" qəzeti, "Elm və həyat" jurnalının baş redaktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Elmi İnnovasiyalar Mərkəzi akademiyada yeni yaradılıb.

Milli.Az