Evini satıb ada aldı və... - FOTO

21 Fevral 2014 20:56
İngiltərənin Darem qraflığındakı Barnard Kasl şəhərindən olan 50 yaşlı Yan Aşer 2008-ci ildə evini eBay onlayn hərracında satışa çıxardı və satdı,

O, əldə etdiyi 216 min funt-sterlinqi də götürərək Panama sahillərindəki adalardan birinə yollanıb.


Kiçik adanı satın alan Aşer indi bu məkanın qanuni sahibidir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, özünü "əsl Robinzon Kruzo" adlandıran Aşer indi elektroenerjisi, telefonu, interneti və televizoru olmadan evdə yaşayır.


O, 10 toyuq saxlayır.


Aşerin sevgilisi Vanessa Anderson ötən ili adaya yollanıb və Yana qoşulub.


"Adada həyat asan deyil. Kokos, ananas, şəkər qamışı və badam becəririk. Tarlalarda və əkinlərimizdə başqa meyvə-tərəvəz də becərmək istəyirik, amma təcrübəmiz hələ azdır, - qəsəbənin yerləşdiyi adadan 20 dəqiqəlik məsafədə olan məkanda yaşayan "yeni Robinzon" deyib. - Toyuqlarımız bizi yumurta ilə təmin edir, hindular da bəzən balıq gətirirlər. Yerdə qalan ərzağı qonşu adadakı marketdən alırıq".


Y.Aşerin sözlərinə görə, hər gün səhər saat 5-6-da durur, səhər yeməyindən sonra çalışmağa başlayırlar.


Onların komasında ultraqısa dalğada çalışan kiçik, portativ radiostansiya da var.

Həyətində isə Yanın bu yaxınlarda aldığı keçi bağlanıb.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.