Gəlin əsl meymundu - FOTO

4 Noyabr 2014 22:44

"Bəylə gəlin" toy "kortejinin" başında gedən cip maşının damında özlərini daha rahat hiss ediblər.
 

Hindistanın şimalında iki meymun üçün qurulmuş "Hindu toyunda" 200-dən artıq qonaq iştirak edib.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, toyu təşkil etmiş heyvanların sahibi, erkək meymunun ona "oğul qədər əziz olduğunu" bildirib.
 

Mərasim bazar ertəsi Bihar ştatının Bettiah rayonunda keçirilib.

"Gəlin" meymuna narıncı rəngli don, "bəyə" isə sarı rəngli mayka geydirilib.
 

Hindu təriqətində meymunlar bütlərə bərabər varlıq sayılrlar.

Ramu adlı 13 yaşlı erkək meymun və Ramdulari adlı gəlinin toy karvanının başında güllərlə bəzədilmiş cip avtomobili musiqiçilər və rəqqaslar müşayiət ediblər.
 

"Təzə bəylə gəlini" yolboyu yüzlərlə yerli sakin alqışlayıb.

Meymunların sahibi Udeş Mahto BBC Hindu xidmətinə Ramunun ona "böyük oğlu qədər əziz" oluğunu deyib.
 

Yolboyu "təzə bəy və gəlini" yüzlərlə yerli sakin alqışlayıb.

Yerli hindu kahini Sunil Shastri meymun cütlüyüyün nikahını "rəsmiləşdirib".
 

"Əvvəlcə mən razı deyildiyim, amma cənab Mahto üçün bu məsələnin nə qədər ciddi oluğunu görüb razıılaşdım", Şastri deyir.

Meymunların toyuna dəvətnamələr çap olunub, qonaqları əyləndirməq üçün toya musiqi qrupu dəvət edilib.

Toyda qonaqların bolluca yeyib-icdiyi qeyd olunur.
 

Toy karvanını alqışlamağa qonşu kəndlərdən gələn sakinlər sosial şəbəkələrdə yerləşdirmək üçün fotolar çəkdirib.
 

2008-ci ildə Hindistanın Orissa ştatında meymun cütlüyü üçün qurulmuş bənzər toyda 3000 min insan iştirak etmişdi.

Zəncirdə saxlanılan meymunların toyu başa çatdıqdan sonra heyvanlar azadlığa buraxılmışdı.

Milli.Az
Böyütnək üçün şəkillərə klikləyin