Bluetooth-lu diş fırçası satılacaq

22 Fevral 2014 23:23
Procter & Gamble şirkəti mobil qurğuya qoşulmaq üçün Bluetooth ilə təchiz edilmiş Oral-B brendi altında diş fırçasını təqdim edib. Dişlərin təmizlənməsi üçün qurğunun qiyməti təxminən 330 dollar təşkil edəcək və bu ilin yayında satışa çıxarılacaq.

Bundan başqa, Oral-B diş fırçası Barselonada keçiriləcək 2014 MWC sərgisində nümayiş olunacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğunun yaradıcıları Reuters agentliyinə məlumat veriblər ki, təqdim edilmiş qurğu dişlərin təmizlənməsi prosesini real vaxt rejimində izləməyə və istifadəçiyə tövsiyələr verməyə icazə verir: hansı hissələri yaxşı təmizləyib, diş fırçası ilə hansı hissələri daha yaxşı təmizləmək lazımdır. Smartfon üçün tətbiq hər bir istifadəçi üçün dişlərin təmizlənməsinin optimal modelini seçməyə icazə verəcək - Oral-B-nin nümayəndəsi deyib.

Milli.Az