İlin ailə avtomobili seçildi - FOTO

22 Fevral 2014 20:46
Miniven Citroen C4 Picasso "Auto motor i sport" jurnalının versiyasına görə "İlin ən yaxşı avtomobili" adlandırılıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, "Auto motor i sport" jurnalının 5134 oxucusu Polşada və Avropada istehsal edilən və satılan 384 avtomobildən xoşladıqlarını seçiblər. Beləliklə, 10 kateqoriya üzrə hər birindən 3 maşın olmaqla 30 qalib seçilib. 58 miniven arasından Volkswagen Multivan və Ford S-Max modellərini arxada qoymuş yeni CITROËN C4 Picasso ən yaxşısı seçilib.

Müsabiqədə iştirak etmiş 12 Avropa ölkəsindən 5-i (Polşa, Fransa, İspaniya, Portuqaliya, Macarıstan) yeni CITROËN C4 Picasso modelini seçiblər.

Məlumdur ki, baza avadanlığının və yeni Citroen C4 Picasso seçimlərinin siyahısında masajlı kürsülər, avtomatik park edən, 360 dərəcə dönə bilən videokamera vardır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.