Məlumdur ki, cari ilin 1 aprel tarixindən ölkəmizdə "Avro-4" ekoloji normaları tətbiq olunacaq. Qərar idxalın həcminə o qədər təsir etməsə də, avtoparkı cavanlaşdıracaq. Artıq idxal olunacaq maşınlar üçün ölkələr üzrə illər də təsnif olunub. Belə ki, ölkəmizə 2004-cü ildən əvvəl istehsal olunan maşın daxil ola bilməz. ABŞ 2004, Almaniya 2005, Koreya 2006, Türkiyə 2009, Yaponiya və Çindən olan maşınların istehsal tarixi ən uzağı 2011-ci il olmalıdır.Vüqar Bayramov: "Rusiya avtomobilləri "Avro-4" standartına uyğun gəlmədiyi üçün onlar üçün konkret il müəyyənləşdirmək mümkün deyil"