17 yaşlı qız nadir və ağır xəstəlikdən güclə qurtuldu - FOTO

21 Fevral 2014 12:38
Mədəsindəki ağrıları sakitləşdirmək üçün içdiyi "Zantac Ranitidine" dərmanı 17 yaşlı qızı tanınmaz hala salmışdı.

Dərmanı içəndən sonra orqanizmində çox ağır allergik reaksiya başlayan qızın bədənində şişlər, suluqlar və yaralar əmələ gəlmişdi. Qızın saçı, qaşları, kirpikləri tökülmüş, dırnaqları qopmuşdu.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həkimlərin dediklərinə görə, qızda "Stiven-Conson Sindromu" adlandırılan, həkimlərin isə "Irritable Bowel Syndrome" (IBS) dedikləri xəstəlik vardı.


İngiltərənin Norviç şəhərində yaşayan Linn Housu müayinə edən həkimlər onun yaşaması ehtimalının cəmi 10 faiz olduğunu demişdilər.


Dərisi soyulmağa başlayan Linn Housun üzündə, çiyinlərində, belində və sinəsindəki dərilər suluqlayandan sonra qopub.


"Ağrılar o qədər güclü idi ki, xəstəxanada mənə düz bir ay hər gün morfin vuruldu. İndi özümü normal hiss etsəm də, xəstəliyin məni az qala öldürəcəyini anlayıram", - Linn söyləyib.


Linnin babası Lesli və anası Amanda isə "Zantac" preparatını istehsal edən şirkəti məhkəməyə verməyə hazırlaşırlar.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.