AMEA-da direktor işdən çıxarıldı, yeni təyinatlar oldu

20 Fevral 2014 12:39
Modern.az saytı xəbər verir ki, AMEA Elmi İnnovasiyalar Mərkəzinin direktoru, iqtisad üzrə elmlər doktoru Fərman Qasımov vəzifəsindən azad edilib.

Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında təsdiq olunub.

F.Qasımov tutduğu vəzifədən öz xahişi əsasında azad olunub.

Digər bir qərarla həmin vəzifəyə hüquq üzrə fəlsəfə doktoru Azər Namazov təyin edilib. Qeyd edək ki, A.Namazov bu vəzifəyə təyin edilməmişdən əvvəl AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Hüquqi təminat şöbəsinin rəisi idi. Şöbənin yeni rəisi vəzifəsinə isə A.Namazovun müavini, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev təyin edilib.

Milli.Az