Milli.Az 4charx.com-a istinadən bildirir ki, Citroen C5 hidropnevmatik asqı ilə təchiz edilib. Hydractive III+ sistemi klirensi dəyişməz saxlayaraq sürücünün avtomobili idarəetmə üslubuna və ərazinin xüsusiyyətlərinə uyğunlaşır. Zəruri olduqda yoldan ara məsafəsi artırıla bilər.
Qoruyucu asqı və eksklüziv 18 düymlük təkər diskləri ilə "yolsuzluq dizaynı" CrossTourer versiyasının fərqləndirici xüsusiyyətidir.
Avropada yeniliyə sifarişlər artıq qəbul edilir. Minimal qiymət 31 950 avro təşkil edir.
Milli.Az