Fiat Panda-nı dəyişdi - FOTO

20 Fevral 2014 20:10
Fiat şirkəti Genevrə motorşousu üçün tamötürməli Panda 4x4 - Cross kompaktvenin xüsusi modifikasiyasını hazırlayıb. Yeni avtomobilin yolsuzluq şəraitində imkanları yaxşılaşıb və ona əsl krossover görünüşü vermiş bir sıra üslub elementlərindən istifadə edilib.

Yeni avtomobildə kuzovun qabaq hissəsinin tərtibatı dəyişdirilib: burada "metala bənzər" qoruyucu taxmalı fərqli bamper və həmçinin əlavə seksiyalarla fərqli baş işıq faraları peyda olub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bundan başqa krossover yeni təkər diskləri, kuzovun kəndarlarında taxmalar, damda reylinqlər və müasir arxa fənərlər və bamper əldə edib.

Cross versiyası 1,3 litrlik 80-güclü dizel və 0,9 litrlik 90-güclü iki silindrli benzin turbo mühərriki ilə təklif ediləcək. Hər iki mühərrik altı pilləli mexaniki transmissiya ilə birlikdə işləyir.

Avropada yeniliyin satışları bu il başlanacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.