Yerdə maqnit qasırğası başladı - YENİLƏNİB

19 Fevral 2014 16:58
16:58

Yer kürəsində maqnit qasırğası başlayıb. Yerətrafı orbitdə mülayim qasırğa müşahidə olunur.

Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Rusiya Hidrometeorologiya İdarəsinin Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, ötən gecə Günəşin görünən diskində ləkələrin səkkiz qrupu müşahidə olunub.

Ardıcıl orta güclü partlayışlar qeydə alınıb. Yer kürəsinin maqnit sahəsi sakitdən zəifə qədər dəyişib.

Yaxın günlərdə geomaqnit qasırğası davam edəcək, cümə günü də müşahidə olunacaq. Fevralın 20-də geomaqnit sahəsinin sakitdən daimi olmayana qədər dəyişəcəyi gözlənilir, radiasiya vəziyyəti sakit olacaq. Günün ayrı-ayrı saatlarında radioəlaqənin kəsilməsi mümkündür.

Geomaqnit fonda sapmalar meteohəssas insanların, ilk növbədə, ürək-damar xəstəlikləri olanların əhvalının pisləşməsinə səbəb ola bilər.

--------
13:02

Yer kürəsində mülayim gücə malik maqnit qasırğası başlayıb. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Günəşdən qalxan plazma kütlələri və günəş küləkləri buna səbəb olub. Məlumatı Rusiyanın Tətbiqi Geofizika İnstitutu yayıb.

ABŞ-ın Kosmik Proqnozlar Mərkəzinin məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 04:00 radələrində geomaqnit gərginlilk 5-ci həddə çatıb ki, bu da maqnit qasırğası sayılır. Üç saatdan sonra isə 6-cı səviyyəyə çatıb.

Milli.Az