"3 aydan sonra xəstəliyimlə əlaqədar yenidən Türkiyəyə gedəcəm"
Bunu aznews.az-a açıqlamasında əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarova deyib.
Onun sözlərinə görə, həkimlər 3 aydan sonra aktrisanı yenidən müayinədən keçirəcəklər: "Həkimlər mənə dedilər ki, 3 aydan sonra səni yenidən müayinədən keçirməliyik. Yəni müalicənin effektini bilmək üçün bu mütləqdir. Bu dəfə 15 günlük müalicə kursu aldım. İndi Bakıdayam, işə çıxacağam. Həkimlər deyirlər ki, nəticə yaxşıdır. Allaha şükürlər olsun, yaxşıyam".
Xatırladaq ki, Xanım Qafarova xərçəng xəstəliyindən əziyyət çəkir. O, xəstəliyi ilə bağlı artıq 3 dəfə əməliyyat olunub. Bundan əlavə, aktrisa iki dəfə Türkiyədə kimyaterapiya kursu keçib. Milli.Az