Ötən həftə türkiyəli bir rəfiqəm Azərbaycana qonaq gəlmişdi. Bilirdim ki, Bakı şəhərini gəzmək və maraqlı yerlərini görmək istəyir. Ona görə də fürsət düşmüşkən, onu şəhərimizin müxtəlif yerlərinə apardım. Ən adi yerlərdən belə, ağız dolusu danışdım ki, şəhərimiz, tariximiz və mədəniyyətimiz haqqında müsbət təəssüratı yaransın. Türkiyəyə qayıtdıqda isə, bizim haqqımızda ürək dolusu ilə danışsın. Bu minvalla o mövzu qalmadı ki, onunla haqqında danışmayaq. Söhbətimiz kino aləminədək gəlib çıxdı. Məşhur aktyorlarımızdan, köhnə filmlərimizdən, film sahəsində əldə etdiyimiz nailiyyətlərdən söz açdım. Özü də necə təriflədimsə kinoteatra gedib, yerli filmlərimizə baxmaq istədi. Amma nə qədər çalışsam da, onu bu fikrindən yayındıra bilmədim.Paytaxt kinoteatrları xarici filmlərlə dolub-daşdığı halda, Azərbaycan filmləri tapmaq müşkül məsələdir