Rusiyanın 10 ən varlı adamının arasında azərbaycanlı da var
11 Fevral 2010 15:34
Milli.Az xəbər portalı "Money Times" internet jurnalına istinadən xəbər verir ki, ilk onluqda bəzi dəyişikliklər baş verib. "Severstal"ın prezidenti Aleksey Mordaqov, "Renova" maliyyə-istehsalat qrupunun sahibi Viktor Vekselberq və "Alfa-Qrup" konsorsiumunun şəriki German Xan ilk onluğu tərk edib.
Onları "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov, "Metalloinvestin" həmsahibi Əlişir Usmanov, "Ural kaliy" şirkətinin iri səhmdarı Dmitri Rıbolovlev əvəzləyib.
Araşdırma nəticəsində məlum olub ki, rusiyalı milyarderlər böhran dövründə nəinki kasıblamayıblar, hətta kapitallarını artırmağı bacarıblar. Rusiyanın on ən varlı adamının ümumi kapitalı təxminən iki dəfə artıb. Əgər ötən ilin əvvəlində bu rəqəm 75,9 milyard dollar idisə, indi 139,3 milyard dollara çatıb.
Rusiyanın ən varlı adamlarının 500 nəfərlik siyahısı fevralın 15-də "Finans" jurnalında dərc olunacaq.
Milli.Az